Çin Venesuela müxalifəti ilə əlaqə qurmağa başlayıb.

Bununla bağlı “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pekin Bolivar Respublikasındakı investisiyalarının taleyindən narahatdır və diplomatlarını özünü prezident elan etmiş Xuan Quaidonun cəbhəsi ilə vəziyyəti müzakirə etməyə göndərib. Qeyd edilib ki, Çin Venesuela iqtisadiyyatına təxminən 20 milyard dollar investisiya yatırıb.

Qəzetin ekspertlərinin fikrincə, Çin hakimiyyət dəyişikliyi zamanı “pis tərəfdə” olmaq istəmir və riski nəzərə alır. Analitiklərdən biri deyib ki, Pekinin stabillik tərəfdarı olmasına baxmayaraq, “yumurtaları müxtəlif səbətlərə qoymağın vaxtı çatıb”.

Çin Xarici İşlər Nazirliyi nəşrin sorğusunu cavablandırmayıb.

Xatırladaq ki, yanvarın 21-də Velesuelada bir qrup hərbçi çevrilişə cəhd edib. Bundan sonra qiyamçıların lideri Xuan Quaido Venesuelanın qanuni prezidenti Nikolas Maduroya 72 saat vaxt verib.

Yanvarın 24-də Venesuelanıın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə dövlət çevrilişi olduğunu bəyan edib.