Şimali Makedoniya 2020-ci ilin yazınadək NATO-nun tam hüquqlu üzvü ola biləcək, hərçənd qarşı tərəf bu məsələni mümkün qədər tezləşdirməyə çalışacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun adının çəkilməsini istəməyən yüksək rütbəli nümayəndəsi Brüsseldə keçirilən brifinq zamanı bildirib.

“NATO-nun bütün üzv ölkələri tərəfindən Makedoniyanın qoşulması barədə protokolun ratifikasiyasının 12 ay vaxt aparacağını gözləyirik. Yəni həmin ölkə gələn yaza qədər təşkilatın üzvü ola bilər”, – mənbə qeyd edib.

Xatırladaq ki, ötən gün Makedoniyanın (“Keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası”) Şimali Makedoniya Respublikası adı daşıyacağı barədə 12 iyun 2018-ci il tarixli Prespa sazişi rəsmi qüvvəyə minib. Beləliklə, ölkənin beynəlxalq təşkilatlara Yunanıstanın etirazı ilə üzləşmədən daxil olmasına yol açılıb.