Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada Azərbaycan və Kamerun vətəndaşları arasında kütləvi dava olub. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Frankfurt şəhərində qeydə alınıb. İlkin məlumata görə, Frankfurtdakı bir restoranda 5 azərbaycanlı ilə 10 kamerunlunun arasında yer üstündə dava baş verib. 10 nəfərlik yeri olan restoranda 15 nəfər əyləşmək istəyib.

Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli hadisə barədə “Facebook”da yazaraq bilirib ki, dava nəticəsində iki azərbaycanlı baş və qol nahiyələrindən xəsarər alıblar.   Onlar Ruslan Cəbiyev və Tahir Kərimovdur.  Kamerun vətəndaşlarının xəsarət alıb-almaması ilə bağlı isə, məlum yoxdur.

Jurnalistin yazdığına görə, davada iştirak edən hər iki tərəfi polis saxlayaraq cərimələyib.