Fərhad Çağtürk / AzEuroNews.com  “Uzun müddətdir ki, KİV və sosial mediada xaricdə yaşayan, qaçqın statusu alan və ya almaq üçün müraciət edən şəxslərlə bağlı müzakirələr gedir. Xüsusilə də həmin şəxslərə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən saxta sənəd verilməsinə dair qarşılıqlı ittihamlar səsləndirilir. Beləliklə xaricdə partiyalaşma, siyasiləşmə adı ilə aparılan iş əslində qrupulaşmalara, umumi hədəflərdən yayınmağa, bəzən erməni kimi düşməni unutdurmağa gətirib çıxarır ”. Bunu AzEuroNews.coma açıqlamasında Almaniyada fəaliyət göstərən “Leqat“ inteqrasiya mərkəzinin rəhbəri, miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyev deyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ittihamlar hələ uzun müddət diqqət mərkəzində olacaq: “Deməli, əsas hədəflərdən yayınmaq da davam edəcək. Fikrimcə, məsələni həll etməyin və ittihamlara son qoymağın müxtəlif yolları var. Birini mən təklif edirəm: AXCP, Müsavat, ADP, yaxud digər siyasi partiyalar xaricdə yaşayan üzvlərinin adlı siyahısı olan elektron baza yaratsın və bu bazaya maraqlı bütün tərəflərin çıxışını təmin etsin. Xaricdə məskunlaşan jurnalistlər isə bir araya gələrək Almaniyada olan KİV təmsilçilərinin məlumat bazasını yaratsın. Bu, xüsusilə siyasilərin bir-birinə qarşılıqlı ittihamlara enerji sərf etməsinin, mübarizənin əsl hədəfdən yayınmasının qarşısını alar, əsassız müzakirələrə son qoyar. Məncə, düşünməyə dəyər”.