Bu gün Rusiyanın Soçi şəhərində Suriya mövzulu Dördüncü Üçtərəfli Zirvə Görüşü keçirilir.

“Ölkə.Az” xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan artıq Soçidədir. Onu hava limanında Soçi bələdiyyəsinin sədri Anatoli Pokomov  və digər rəsmi şəxslər qarşılayıb.

Türkiyə liderini bu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, XİN rəhbəri Mevlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər rəsmilər müşayət edir.
Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putin, İran lideri Həsən Ruhani ilə görüşəcək. Zirvə görüşündə Astana platformasının Suriya ixtilafına daimi həll yolları tapılması variantları müzakirə ediləcək.