Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyada 16 yaşlı suriyalı Şaimaya pivə butulkası atılıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın paytaxtı Berlində qeydə alınıb. Belə ki, 15 yaşlı rəfiqəsi ilə məktəbdən çıxıb evə getmək istəyən Şaima parkda naməlum şəxsin hücumuna məruz qalıb.

“Əlindəki pivə butulkasını mənə atıb dedi ki, hicabı aç. Açmırsansa rədd ol öz ölkə…Bura mənim ölkəmdir” deyə 16 yaşlı Şaima bildirib.

Şaimanın sözlərinə görə, hadisədən sonra onu məktəbə atası aparıb-gətirir. Əlil arabası ilə məktəbə gedib-gəlməyin çətinliyindən danışan surialı qız bildirib ki, hadisədən sonra Suriyaya qayıtmaq istəyir.

2012-ci ildə ailəsi ilə Almaniyaya gələn Şaima hazırda Berlindəki bir gimnaziyada oxuyur. O, gələcəkdə həkim olmaq istəyir.