Foto © Armin Linnartz/ wikipedia.org
Foto © Armin Linnartz/ wikipedia.org

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın baş naziri Angela Merkel Əfqanıstanda sülhü bərqərar etmək üçün Talibanla danışığa gedə bilər. AzEuroNews.com xəbər verir ki, belə bir iddia ilə Almaniyada gündəlik dərc edilən «Tagesspiegel» qəzeti çıxış edib. Qəzetin yazdığına görə, Almaniya Federal Hökuməti Əfqanıstanda sülhə nail olmaq üçün tərəfləri Petersberqə də dəvət edə bilər.

Alman xəbər agentliyi «dpa»nın xəbərinə görə isə, Almaniya xarici işlər nazirliyi hökumətin bu arzusunu Əfqanıstana çatdırıb.

Agentik iddia edir ki, yaxın günlərdə Petersberqdə Talibanın da iştirak edəcəyi bir sülk konfransı keçirilə bilər.