Fərhad Çağtürk / AzEuroNews.com Almaniyada təmizlikçi işləyən 48 yaşlı Susanne Holtkotte bir günlük nazir olacaq. AzEuroNews.com xəbər verir ki, ötən gün Almaniyanın “ARD” telekanalında yayımlanan “Çətin amma, ədalətli“ (Hart aber fair) proqramında maraqlı anlar yaşanıb. Belə ki,  proqrama qonaq qismində qatılan 48 yaşlı S.Holtkotte 1500 avro maaşla dolanmaqda çətinlik çəkdiyini deyib.

Susanne Holtkotte
Susanne Holtkotte

Verlişə qonaq qismində Almaniyanın iş naziri Hubertus Heil (SPD) də qatılıb.  Verlişdə pensiya və ev kirayələri müzakirə olunub.

Hubertus Heil
Hubertus Heil

Təmizlikçi xanım bir gün nazir Heilin yerində işləmək istədiyini söyləyib. Maraqlısı bundan sonra olub, nazir təmizlikçi qadının istəyini qəbul edərək onun bir güz öz yerində işləyə biləcəyini söyləyib və dolayısı ilə təklifi qəbul edib.