Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyada yaşayan azərbaycanlılar Novruz bayramını bir yerdə qeyd edəcək. AzEuroNews.com xəbər verir ki, bayram şənliyi martın 22-də Köln şəhərində baş tutacaq.

“Hər kəsi istedadlı aparıcımız Tünzalə Rafiqqızının təqdimatında, tanınmış müğənnilər Cavid Təbrizli və Vüsalə Musayevanın bahar təravətli mahnıları, sürpriz qonaqlar və əlbəttəki, Keçəllə Kosanın məzəli macəraları, Bahar qızın və Novruz babanın maraqlı çıxışları, uşaqlar üçün xüsusi əyləncə proqramı, Novruz tonqalı, hətta faytonların da olacağı möhtəşəm bir gecənin iştirakçısı olmağa dəvət edirik. Maraqlı əyləncə proqramları ilə bərabər səməni ilə bəzədilmiş süfrədə müxtəlif salatlar,hər cür kabablar və Novruz plovu həmvətənlərimizi gözləyir” deyə şənlik təşkilatçılarından saytımıza məlumat verilib.