Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində yerləşən “Yuq-sport” idman kompleksində ölkənin cüdo yığmasının üzvləri ilə birgə tatami üzərinə çıxıb. Modern.az xəbər verir ki, dövlət başçısı əyninə kimano geyinərək cüdoçularla əvvəlcə isinmə hərəkətləri edib, daha sonra isə güləşib.