Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Türkiyədən Avropaya mühacirətə gedənlərin sayında rekord artış qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, Avropa dövlətlərindən sığınacaq istəyənlərdən təxminən 46 %-i yaşamaq icazəsi alır.

Avropa Miqrasiya Dəstək Ofisi (EASO) ötən gün yayımladığı hesabatda qeyd edib ki,  Avropaya mühacirət edənlərin içərisində Türkiyə vətəndaşlarının sayı əvvəlki illərlə müqayisədə az qala 50 % artıb.

Təkcə keçən il əvvəlki illə müqayisədə Avropa dövlətlərindən sığınacaq istəyənlərin sayında 24 500 nəfərlik bir artış qeydə alınıb.

Hesabatda qeyd olunub ki, sığınacaq istəyən Türkiyə vətəndaşlarının 46 %-i yaşamaq icazəsi ilə təmin edilib.

2017-ci ildə bu statistika 33 % olaraq qeydə alınıb.

EASO hesabatında vurğulayıb ki,  hazırda Türkiyədən  17 800 nəfər sığınacaqla bağlı müxtəlif Avropa dövlətlərinə müraciət edib. Onlar hələ də cavab üçün gözləyirlər.