Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzəbəy” hamamında yanğın olub.
AzEuroNews.com-un Report-a istinadən xəbərinə görə, yanğın söndürüləndən sonra hamamın mühafizəçisi 68 yaşlı Müzəffər Həsənəliyevin meyiti gözətçi otağında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.