Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Modern.az qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, keçirilən 20 görüş ölkəmizin  mövqeyinə təsir etməyib. Azərbaycan 19.000 xalla 26-cıdır.

Yalnız üç ölkənin mövqeyində dəyişiklik olub. Klubları uğurla çıxış edən Çexiya 2 addım irəliləyərək 14-cü pilləyə yüksəlib. Danimarka və İsveçrə isə bir addım geriləyərək müvafiq olaraq 15, 16-cı  yerlərdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.