UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Yan Vertongen bu ada layiq görülüb.

Qeyd edək ki, belçikalı oyunçu 1/8 final mərhələsinin ilk oyununda Almaniya “Borussiya”sını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə meydanda olub və bir qol vurub. O sözügedən qarşılaşmada 83 faiz dəqiqlikdə ötürmə verib.