UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonrakı davaya görə cərimə ödəyib.

TASS-ın məlumatına görə, ödənilən məbləğ ABŞ-ın Nevada ştatının Atletika komissiyasına daxil olub.

Bildirilir ki, Həbib yoldaşlarına görə 50 min dollar cərimə ödəyib. İdmançı vəkilin xidmətlərinə görə 200 min dollar da ödəməli olub.