Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Avstriyada ölkədə fəaliyyət göstərən 6 məscidin bağlanması ilə bağlı işə yenidən baxılıb. AzEuroNews.com xəbər verir ki, Vyana Bölgə Məhkəməsi ölkədəki 6 məscidin bağlnaması ilə bağlı məhkəmə qərarının hüquqa zidd olduğunu əsas gətirərək ləğv edib.

Avstriya İslam Camaatı təşkilatından verilən açıqlamaya görə, məscidlər Ərəb Din Camaatı adlı təşkilata aiddir. Məscidlərin bağlanması ilə bağlı qərar Avstriyada yaşayan müsəlmanları narahat etdiyindən onlar bir müddət əvvəl qərara qarşı imza toplama kampaniyasına başlamışdılar.

Məlumat üçün bildirək ki, keçən il Avstriyada türklərə aid 7 məscid bağlanıb. Lakin, məscid rəhbərliyi tələb olunan düzəlişləri edəndən sonra onlar fəaliyyətlətini bərpa etməyə nail olublar.