Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərənin “Mançester Yunayted” klubunu almaq istəyir.

“Ölkə.Az” xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” nəşri yazıb.

Xəbərə əsasən, səudiyyəli şahzadə “qırmızı şeytanlar” üçün 4,8 milyarda dollar sərvətindən keçməyə razıdır. Məhəmməd bin Salman yeni mövsümün əvvəlinə kimi İngiltərə klubuna sahib olmaq niyyətindədir.

Nəşr şahzadə ailəsinin sərvətinin bir trilyon dollardan çox olduğunu vurğulayıb.

Qeyd edək ki, hazırda klub Qleyzer ailəsinə məxsusdur.