Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤Almaniya Federal Parlamentində (Bundestaq) çalışan deputatların maaşı artırılacaq. AzEuroNews.com xəbər verir ki, 709 deputatın maaşı 10 min 74 avro olacaq. Qərarın bu ilin iyul ayında qüvvəyə minəcəyi gözlənilir. 

Almaniya Federal Statistika İdarəsindən verilən açıqlamaya görə, mövcud deputat maaşları 300 avro artırılacaq. 

Eyni zamanda hazırda təqaüddə olan keçmiş deputatların da aylıq gəliri 251 avro artacaq.