Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤Almaniyada şirkət və dövlət müəssisələrində hazırda boş qalan iş yerinin sayı açıqlanıb. AzEuroNews.com xəbər verir ki,  Almaniya Federal İş Agentliyinin yaydığı məlumatda deyilir ki,  hazırda 183 874 iş yeri boşdur. 

Bunlar ayrı-ayrı şirkətlərdə və dövlət müəssisələrində  İKT mütəxəssisi işi, mühəndis, xəstə baxıcısı və ev təmiri ilə bağlı usta işləridir. 

Həmin şirkət və dövlət müəssisələri boş qalan işçi yerinə görə, Almaniya Federal İş Agentliyinin şəhərlərdəki ofislərinə müraciət ediblər.

Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən il 170 min olaraq qeydə alınıb.