Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Avropa Birliyi ölkələrində Şəxsiyyət vəsiqələrində (Aufenthaltstitel) barmaq izlərinın olması məcburi olmalıdır. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyada şəxsiyyət vəsiqələrində bu vaxta kimi əl barmaq izlərinin olması könüllü xrakter daşıyırdı. Lakin bundan sonra şəxsiyyət vəsiqəsində əl barmaq izlərinin əks olunması məcburi olacaq. 2020-ci ilə kimi Avropa İttifaqında şəxsiyyət vəsiqələrində fotoşəkillə yanaşı həm də vəsiqə sahibinin əl barmaq izləri yerləşdiriləcək. Avropa İttifaqı bununla da sənədlərin saxtalaşdırılması, şəxsi məlumatların oğurlanması və terrorizmə qarşı mübarizədə daha effektli nəticələrin mümükün olacağını zənn edir.

Üzv Dövlətlər və AB arasında aparan danışıqların razılaşma ilə başa çatacağı gözlənilir və bu çox zəruridir. AB qurumlarında bu sahədə olan danışıqlar xeyli aktuallaşıb. Çərşənbə axşamı Brüsseldə yeni şəxsiyyət vəsiqələrinin standartları haqqında razılıq əldə olunub. Razılaşmaya görə gələcəkdə şəxsiyyət vəsiqələrində fotoşəkilə yanaşı, kart sahibinin iki barmaq izi də əks olunacaq. 

Bu məsələ ilə bağlı Avropa Komissiyası, Üzv Dövlətlər və Avropa Parlamenti də ilkin razılaşma əldə edə bilib. Razılığa görə bütün şəxsiyyət vəsiqələri kredit kartı formatında tərtib olunacaq və üzərində Avropa bayrağının şəkili əks olunacaq. Bu həftə AB, şəxsiyyət vəsiqəsi üçün yeni qaydalar müəyyən etmək istəyir. Parlament və üzv dövlətlər ilk olaraq kompromisləri təsdiq etməlidirlər. Yeni standartlara cavab verən şəxsiyyət vəsiqələrinin tətbiqinə iki il sonra başlamaq nəzərdə tutulub.

Spesifikasiyalara uyğun olmayan köhnə (yəni induiki ) şəxsiyyət vəsiqələri ən geci on ildən sonra etibarsız hesab olunmalıdır. Yalnız yaşı 70 –dən yuxarı olanlar daha uzun müddətə vəsiqələrdən istifadə edə biləcəklər. 

Şəxsi Məlumatların qorunması üzrə Avropa komissarı və Avropa Birliyinin Fundamental Hüquqlar Agentliyi (FRA) bu ideyanı sərt tənqid etməkdə davam edirlər. Onlar bu sahədə cinayətlərin sayının azalmasını iddia edir və bu tədbrin reallaşması üçün 370 milyon AB vətəndaşının barmaq izi verməsi lazım olduğunu bildiriblər. Bu vaxta qədər bir çox üzv ölkədə barmaq izlərinin götürülməsi geniş müzakirə mövzusu olmuşdur. Almaniyada da pasportdan fərqli olaraq, şəxsiyyət vəsiqələri üçün əl barmaq izlərini vermək azad idi. 2008-ci ildə Almaniya şəxsiyyət vəsiqəsində barmaq izlərinin yerləşdirilməsini müzakirə etmişdi. Daha sonra ədliyyə naziri Brigitte Zypries, “xalqın əsas hüquqlarına müdaxilə” olduğunu bildirərək, şəxsiyyət vəsiqələrində barmaq izlərinin əks olunmasına razılıq verməmişdi.