Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

Modern.az xəbər verir ki, son oyun günündə də 2 matç keçirilib. “Yuventus” səfərdə “Atletiko”nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Paralel keçirilən digər oyunda isə “Mançester Siti” “Şalke”nin qonağı olub. Qonaqlar əzmkar qələbə qazanıb – 3:2.  



Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları


20 fevral

“Şalke” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 2:3 
 
“Atletiko” (Madrid, İspaniya) – “Yuventus” (İtaliya) – 2:0


14  fevral

“Roma” – “Portu”-  2:1

“Mançester Yunayted” – PSJ – 0:2


15  fevral

“Tottenhem” – “Borussiya”(Dortmund) – 3:0

“Ayaks”- “Real”  – 1:2


19 fevral


“Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) – 0:0

“Lion” (Fransa) – “Barselona” (İspaniya) – 0:0