Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyada 43 yaşlı bir kişi terror təşkilatı PKK lideri Abdullah Öcalana görə özünü yandırıb. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Krefeld şəhərində qeydə alınıb. Belə ki, 43 yaşlı şəxs PKK lideri A.Öcalanın həbsdən azad edilməsini tələb etmək məqsədi ilə aksiya keçirib. Əlində Öcalanın şəklini tutan şəxs qəfildən üzərinə benzin tökərək yandırıb. 

Krefeld şəhər polisindən verilən məlumata görə, həmin şəxs özünü məhkəmə binası qarşısında yandırıb. O, təcili helikopter vasitəsi ilə xəstəxanaya çatdırılıb. 

Məlumat üçün bildirək ki, Almaniyanda terror təşkilatı PKK-nın fəaliyyəti və təbliğatı qadağandır.