Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransada bu il qış mövsümündə “H3N2″ virusundan ölənlərin sayı açıqlanıb. AzEuroNews.com xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin açıqlamasına görə, ümumilikdə 4 370 nəfər qripə görə xəstəxanalara müraciət ediblər. Təkcə son iki həftədə ağır qripə görə müraciət edənlərin sayı 25-dir. 

Nazirliyinin açıqlamasına görə, “H3N2” virusuna görə, ölkədə 2800 ölüm faktı qeydə alınıb. Ölənlərin çoxu 70-90 yaş arası vətəndaşlardır.