Demək olar ki, anadan olandan gənclik illərinə qədər eyni cəmiyyətdə böyüyür, eyni yerləri görürük. Bu da bizim fərqli mədəniyyətlərlə tanış ola bilməməyimizlə nəticələnir. Orta insan ömrü 79 ildir.

 “Ölkə.Az” ömrünü fərqli yerləri görərək keçirmək istəyən insanlar üçün siyahı hazırlayıb.

Gəlin birlikdə səyahət edək:

Nağıllar ölkəsi Şri-Lanka

Bəlkə də bir çoxumuzun xəritədə çətinliklə tapacağımız bu ada yer üzünün gizli cənnətlərindəndir. Hind Okeanının mərkəzində yerləşən bu adaya okeanın incisi deyilir. Fərqli dadların, sirlərin adası olan Şri-Lankanın paytaxtı Kolomba şəhəridir. Adanın ən gözəl çimərlikləri, otelləri və muzeyləri burada yerləşir. Siz burada vəhşi təbiəti görmək üçün fərqli turlarda iştirak edə bilər, gündəlik həyatda görəbilməyəcəyiniz heyvanları yemləyə bilər və məbədlərə gedib sizdən kilometrlərlə uzaqda olan inanclarla tanış ola bilərsiniz. Hətta Hind okeanına baş vuraraq fərqli təcrübələr yaşaya bilərsiniz. 

Əfsanələr ölkəsi Misir


 
Misir komfort zonasından ayrılıb öz potensialının fərqində olmaq istəyənlərin seçəcəyi məkanlardandır. Tamamilə bir keçid coğrafiyası olan Misirə getmək tətildən qat-qat fərqli bir təcrübə olacaqdır. Misir deyəndə ağlımıza ilk gələn piramidalar sizi heyran qoymağı bacaraq. Bu gün belə necə inşa olması ilə müzakirələrə səbəb olan bu piramidaları görmək sizi fərqli dünyalara aparacaq. 

Bəyaz Səhrada bədəvi mədəniyyətinin bir hissəsi olan safarini təcrübədən keçirə bilərsiniz. Axşam isə  ulduzları seyr edərək əslində Misirə deyil, öz iç dünyanıza səyahət etdiyinizin fərqinə vara bilərsiniz. Misirə gedib Qırmızı dənizdə üzməmək olmaz. Burada yerləşən Şarm-əl-Şeyx sizi Qırmızı dənizin gizli dünyası ilə tanış edəcək.

Çılğın Braziliya

Amerika hindularının, ağ və qara irqin mədəniyyətlərini birləşdirən bu torpaqlarda heç bir ölkədə görə bilmədiyiniz fərqlilikləri görə bilərsiniz. Sanki bu torpaqlardan keçən hərkəs özündən bir iz buraxıb. Tropik ərazilərin parlaqlığı sizi heyran edəcək. Braziliya dediyimizdə ilk ağla gələn Rio karnavalı ölkənin həyəcanını göz qabağına sərir. Çılğın insanların dolu olduğu bu ölkənin sahillərində günəş batdıqdan sonra səhərə qədər əyləncə davam edir. Bu həyəcan sizi istəməsəniz də özünə cəlb edir. 

Təkcə mədəniyyəti, insanları ilə deyil, dünya futboluna istiqamət verməsi, fərqli kokteylləri, rəqsləri ilə bura bambaşqa bir ölkədir. Burada siz Amazon meşələrində heç vaxt görmədiyiniz qəribə heyvanlarla da qarşılaşa bilərsiniz.  

Tanrının ölkəsi Mərakeş

Torpağının tamamən qırmızı olması xalq tərəfindən “Qırmızı topraq” adlandırılmasına səbəb olub. Görə biləcəyiniz ən ekzotik şəhərlərdəndir. Əgər gəzməyi sevirsinizsə, bilməlisiniz ki, bu şəhəri gəzərək kəşfetmək daha maraqlıdır. Alış-veriş edərkən mütləq şəkildə qiymət endirimi istəməyiniz gözlənilir. Çünki bu ölkənin adəti belədir. Burada yerləşən Böyük Səhra dünyadakı ən gözəl səhra sayılır. Qıp-qırmızı qum təpələri böyüklüyünə görə sizə dünyanın sadəcə buradan ibarət olduğunu düşündürə bilər. Mütləq bir gecənizi ayırıb burada çadır qurmalısınız! Bu səyahət sizə özünüzü tamamilə fərqli hiss etdirəcək.