Vüsal Hüseynov
Vüsal Hüseynov


Fərhad Çağtürk / AzEuroNews.com ➤  “Xaricdə yaşayan və üzərində etibarlı pasportu (sərhədkeçmə sənədi) olmayan Azərbaycan vətəndaşları ölkəyə səfirliklərimiz (konsulluqlar) tərəfindən verilən qayıdış şəhadətnamələri əsasında gələ bilirlər”. AzEuroNews.com xəbər verir ki, bunu Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, qayıdış şəhadətnamələri ilə ölkəyə qayıdan vətəndaşlar şəxsiyyət vəsiqəsinin əldə edilməsi və ya hər hansı digər müraciətləri ilə bağlı vətəndaşlığa mənsubiyyətlərinin tanınması barədə sənəd (qərar) tələbi ilə üzləşərsə, bu şəxslər həmin qərarın surətini Miqrasiya Xidmətinin hər hansı qəbul şöbəsinə yaxınlaşmaqla yerində ala bilərlər. Bunun üçün əlavə olaraq Miqrasiya Xidmətinə müraciət etmə, gözləmə və sair əlavə prosedur, müddət tələb olunmur.