Tale Heydərov
Tale Heydərov


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ “Avropa-Azərbaycan Cəmiyyəti” adlı diaspora təşkilatı fəaliyyətini bərpa etməyə hazırlaşır.  AzEuroNews.com xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov bununla bağlı qərar verib. Əldə etdiyimiz məlumatda deyilir ki, ötən ilin avqust ayında Böyük Britaniya qeydiyyatlı, sənədlərə əsasən ”The European Azerbaijan Society” (TEAS) adlı təşkilat birdən-birə fəaliyyətini dayandırmışdı. İndi sözgüdən diaspora təşkilatının bir başqa adla yenidən fəaliyyətini bərpa edəcəyi deyilir. 

T.Heydərov bu dəfə təşkilatını Almaniyada qeydiyyatdan keçirmək fikrindədir. Heydərovların Almaniyanın Essen şəhərində reklam işləri ilə məşğul olan bir şirkətləri də var. ”Meydan TV”-nin araşdırmasında qeyd olunurdu ki, ”Turquoise Media Company” GmbH adlı şirkət Almaniyanın Essen şəhərində ”Lindenallee 75” ünvanında yerləşir.

Yeni təşkilatın həmin ofisdə yerləşəcəyi də aldığımız məlumatlar arasındadır. 

  • Nazim İbrahimovun yerinə gələcəkdi…

Tale Heydərov ”Avropa-Azərbaycan Cəmiyyəti”ni yaradarkən əsas hədəflərindən biri Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri olmaq olub. Hətta o, bununla bağlı çalışmalarını davam etdirirmiş. Prezident Administrasiyasında bu yöndə dəstək alan T.Heydərov işə keçmiş komitə sədri Nazim İbrahimovdan  narazı diasporaçıları ətrafına toplamaqla başlamışdı. Bundan sonra olanları isə diaspora təşkilatları arasında baş verən ”Soyuq müharibə” kimi qiymətləndirmək olar. 

Nazim İbrahimov
Nazim İbrahimov

Çünki Nazim İbrahimov və Tale Heydərovun himayənsində olan diaspora təşkilatları ümumi hədəfdən yayınaraq vaxtarını bir-biriləri ilə mübarizəyə həsr etmişdilər. 

Hər iki tərəf yerli və xarici Kütləvi İnformasiya Vasitələrində (KİV) bir-birilərinin əleyehinə yazılar yazdırır, bir-birilərinə qarşı qara piar aparırdılar. 

Bu vəziyyət Nazim İbrahimovun komitə sədri kimi taxtan salınması, yerinə deputat Fuad Muradovun təyin olunmasına kimi davam etdi. 

Komitə sədrliyi ilə bağlı Prezident Administrasiyasından Tale Heydərova verilən söz tutulmadığından onun əl-ayağı diaspora işindən “soyudu“. Bir müddətdən sonra isə, o, “Avropa-Azərbaycan Cəmiyyəti”nin fəaliyyətinin dayandırılmasını elan etdi.

  • Korrupsiya ittihamları…

TEAS-ın fəaliyyəti Avropada dərc olunan korrupsiya iddialarında da bir neçə dəfə hallanmışdı.

“The Guardian” qəzeti, “Economist” jurnalı, “Araşdırmaçı Jurnalistika Bürosu”, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (OCCRP) dərc etdikləri məqalə və hesabatlarda TEAS-ın avropalı siyasətçilərinin Azərbaycana səfərlərini maliyyləşdirdiyinə diqqət yetirmişdilər.

2016-cı ilin noyabr ayında dərc olunan məqaləsində, “the Economist jurnalı“ hazırda Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi, Liam Fox-un TEAS-la əlaqələrinə diqqət yetirmişdi.

Məqalədə qeyd olunurdu ki, TEAS mühafizəkar deputat olan Liam Fox-un “indiyədək demək olar ki, maraq doğurmayan “Rising Tides” (Şahə Qalxan Dalğalar) kitabının tərcüməsi üçün icazə istəyən yeganə təşkilatdır”.

TEAS-ın kitabın tərcüməsi üçün 5,700 funt sterlinq (bu günkü məzənnə ilə 12.550 manat) ödədiyi və kitabın Azərbaycandaki buraxılışına həsr olunan tədbirdə işitirakını maliyyələşdirdiyi bildirilirdi.

“The Economist“ qeyd edirdi ki, bundan sonra cənab Fox Bakıda prezident İlham Əliyevlə görüş keçirib və Avropanın Azərbaycana dair insan haqları kampaniyalarına “boş yerə pul xərcləndiyi” dediyi iddia olunub.