Simvol foto © Ashim D’Silva / unsplash.com
Simvol foto © Ashim D’Silva / unsplash.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤ “Son 3-4 ay ərzində sığınacaq üçün müraciət etmiş 25-dən çox ailədən 100 nəfərə yaxın Gürcüstan vətəndaşı fevralın 21-i saat 11:30-da Düsseldorf aeroportundan xüsusi reyslə Tbilisi şəhərinə yola salınıb“. Bu barədə  AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat“ inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, bir müddət əvvəl Almaniya Gürcüstanı “təhlükəsiz mənşə ölkələri” siyahısına əlavə edib. Almaniya Federal hökumətinın bu qərarından sonra Gürcüstandan qaçqın axını azalıb və sığınacaqla bağlı müraciətlərinə imtina edilənlərin ölkədən deportasiya proseduru asanlaşıb. Gürcüstanın təhlükəsiz ölkə hesab edilməsi onun Almaniyada sığınacaq axtaran vətəndaşlarının müsbət cavab ala bilmə şansını azaldıb. 

Çünki Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) təhlükəsiz ölkələrin vətəndaşlarının ərizələrinə sürətli və sadələşdirilmiş qaydada baxır. Məhkəmələrin BAMF-ın qərarına daha ehtiyatla yanaşması həmin ölkəyə deportasiya prosesini sürətləndirib.