ABŞ prezidenti Donald Trampın oğlunun ötən ilin yazında başlayan boşanma prosesi başa çatıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə keçmiş cütlük rəsmi bəyanat verib.

“Biz ötən ilin sonunda boşanma müqaviləsi imzaladıq. Bizim beş gözəl övladımız var və gələcəkdə də onları bir yerdə tərbiyə edəcəyik. Bizim övladlarımız və onların xoşbəxtliyi hər şeydən vacibdir”, – deyə açıqlamada deyilir.

Oğul Donald Trampla həyat yoldaşı Vanessa Heydonun boşanacaqları ötən ilin mart ayında bilindi. 13 illik ailə həyatından sonra Vanessa boşanmaq üçün məhkəməyə müraciət etdi. Ayrıldıqdan sonra cütlük münasibətlərini qoruyub-saxladı. Birlikdə bir neçə tədbirdə göründülər, bayramı bir yerdə qeyd etdilər.

Дональд Трамп младший семья
Дональд Трамп младший жена