Fərhad Çağtürk / AzEuroNews.com / Bonn➤ “Alman Qırmızı Xaç” qanvermə aksiyasına start verib. AzEuroNews.com xəbər verir ki, mobil qanvermə stansiyaları böyük şəhərlərin mərkəzi meydanlarında qurulub.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən və qana ehtiyacı olan xəstələr üçün nəzərdə tutulan kampaniyadan yığılan təmiz qanlar Almaniya Mərkəzi Qan Bankında toplanacaq.

Ötən gün Bonn şəhər mərkəzində qurulan səyyar qanvermə aksiyasına maraq olduqca böyük olub. Şəhər sakinləri və əcnəbilər müvafiq blankı doldurduqdan sonra qanlarının yoxlanması üçün xüsusi testdən keçiblər. Qanında hər hansı bir xəstəlik tapılmayan şəxslərdən qan götürülüb. 

Aksiyanın bir neçə ay davam edəcəyi gözlənilir.