Fərhad Çağtürk / AzEuroNews.com  “Almaniyada miqrasiya məsələsi mühafizəkar siyasətçilərin ən sevdikləri və daha çox müzakirə etdikləri mövzularından biridir. Çünki, qanunvericiliyə görə ölkədə qanunsuz yaşamaq yolverilməzdir, belə şəxslər ən qısa zamanda ölkəni tərk etməlidirlər. Bu, qanunvericiliyin tələbidir”. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, 2015-ci ildəki miqrasiya böhranından sonra CDU / CSU siyasətçiləri qanunun daha da sərtləşdirilməsi tələbi ilə çıxışlar etməkdə israrlıdırlar. Xüsusilə, bu sahə daxili işlər naziri Horst Zeehoferin maraq dairəsindədir. Xatırladaq ki, dekabr ayında o demişdi: “Sığıncaq üçün müraciəti rədd edilmiş insanlar tez bir zamanda ölkəni tərk etməlidirlər. Hüquqi dövlət olan Almaniyada Qanunun aliliyi təmin olunmalıdır “.

Deportasiya ilə bağlı “Bild” nəşri tərəfindən bu yaxınlarda bir araşdırma aparılıb. Həmin araşdırmanın nəticəsi göstərir ki, deportasiya sayını artırmaq çağırışı populizmdən başqa bir şey deyil. Əslində, hər şey fərqlidir: deportasiya edilməli olan hər dörd qaçqının üçü deportasiya olunmur. Sənədlərin təhlilindən görünür ki, möhlət hüququ verilməklə deportasiya olunmayanların ölkədə qalmasına qanuni əsaslar mövcud deyil. Bir neçə il bundan əvvəl möhlət hüququ əsasında qalanlarla bağlı problemin həlli üçün tövsiyələr hazırlamaq planlaşdırıldı, lakin həm federal dövlət orqanları, həm də Federal torpaqlardan olan səlahiyyətli şəxslər hələki susmaqda davam edirlər.

  Deportasiyanın təxirə salınması nədir?

Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə (BAMF) sığınacaqla bağlı müraciəti rədd edirsə, ərizəçi məhkəmə proseslərini də uduzursa, sığınacaq axtaran şəxs öz vətəninə qayıtmalıdır. (Almaniyanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanununun 50-ci maddəsi). Lakin, Əcnəbilərlə iş İdarəsi (Almaniyada onların sayı 600-dən çoxdur) deportasiyanın təxirə salınmasına səbəb olan qərar qəbul etmək səlahiyyətinə malikdir.
BAMF-ın məlumatına görə, 2018-ci il ərzində 235.957 nəfər qaçqının deportasiya ediləcəyi planlaşdırılsa da, onlardan 180.124 nəfərinə, yəni 76%-nə möhlət hüququ verilib. Müddətlər bir qayda olaraq bir illik uzadılsa da daha çox müddətə uzadılanlar da az olmur.

  Möhlət hüququ verilənlər kimlərdir?

Möhlət hüququ alanların əksəriyyətini (41%) sənədləri olmayanlar və ya şəxsiyyəti müəyyən olunmayan şəxslər təşkil edir. 40% -ni isə “digər səbəblər” təşkil edir. Buna əsasən əmək fəaliyyəti ilə məşğul olma halları daxildir. 6% – ni qohumluq əlaqəsinə görə deport etmək mümkün olmayan şəxslər, 6% – ni humanitar səbəblərə görə, 2 %-ni tibbi yardım almaq hüququna əsasən, 0, 2%-ni cinayət törətdiyi üçün cəza çəkən şəxslər təşkil edir.

“Digər səbəblər”ə daha nələr aiddir?

Araşdırmqçıların fikrincə, digər səbəblərdən sui-istifadə halları mövcuddur. BAMF əməkdaşları hesab edirlər ki, “deportasiyanın təxirə salınması bəzi hallarda əsaslar olmadan həyata keçirilir”. 2017-ci ildə hazırlanan bəzi məxfi sənədlərdə də bu barədə məlumatlar olduğu bildirilir: “Seçmə üsulu ilə aparılan yoxlama yamanı müəyyən olunmuşdu ki, deportasiyanın dayandırılması haqqında qərarların 20 faizindən çoxu qanunsuz əsaslarla verilib. Odur ki, siyasətçilərin əksəriyyəti digər səbəblər anlayışına aydınlıq gətirməyi tələb etsələr də, hələki bu qayda davam etməkdədir”.

  Niyə sənədsiz olmaq deportasiyanın gecikməsinə səbəb olur?

Bəzilər iddia edirlər ki, bir sıra ölkələr öz vətəndaşları olan sığınacaq axtaran şəxslərə yeni sənədlər verməkdən imtina etdiklərinə, mənşə ölkələrinin yaratdığı problemə görə sənədsizləri vətəndaşları olduğu ölkəyə qaytarmaq olmur. Amma əslində hər şey fərqlidir. Bildiririk ki, Almaniya hakimiyyəti 2017-ci ildən qaçqınların gəldikləri ölkələrin əksəriyyəti ilə əməkdaşlıq edir. Beləliklə, hazırda hər üçüncü qaçqın Almaniya ilə əməkdaşlıq quran bir ölkədən gəlir. Buna görə, Almaniya üçün həmin ölkələrin vətəndaşlarının qaytarılması üçün tələb olunan sənədlərin əldə olunması problem deyil. Lakin elə insanlar var ki, onların şəxsiyyətinin müəyyən olunmasında problem olduğu üçün vətəndaşlıq mənsubiyyətinin də müəyyənləşdirilməsində ciddi problemlər olur. 
Deportasiyası təxirə salınan və möhlət hüququ verilən şəxslər barədə müntəzəm yoxlamalar aparılırmı?
Ekspertlər bunu mümkün hesab etmirlər. Hətta 2017-ci ildə, qaçqınların işləri üzrə səlahiyyətli nümayəndə Frank-Yurgen Veyse möhlət hüququ əsasında yaşayanların sistemli şəkildə yoxlanılmasını təklif etmiş, lakin buna nail ola bilməmişdi.

  Möhlət hüququ əsasında yaşayanlar işləyə bilərmi?

Bəli, onlar məşğulluq mərkəzindən icazə almaqla işləyə bilərlər. Bunun üçün onların daimi yaşayış yeri, tələb olunan təhsil səviyyəsi və alman dili bilikləri olmalıdır. Eyni zamanda onların üzərində cinayət məsuliyyəti olmamalıdır. 2018-ci ildə möhlət hüququ ilə yaşayan hər 10-cu əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə alıb. Təhsil almaq üçün icazə ala bildikdən daha sonra həmin şəxslərə iş icazəsi də verilir.