AzEuroNews.com ➤ “Xalqxeber” saytının baş redaktoru Peyman Sadıqovun şəxsi istifadəsində olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobildən oğurluq edilib. AzEuroNews.com xəbər verir ki,  P.Sadıqov şəxsi Facebook profilində bu barədə qeyd edib: “Allah bəlanızı versin. Səhər-səhər mənə bu stresi yaşatdığınız üçün. Oğruluğun axırı qırx gün çəkir. Qanun qarşısında cavab verməli olacaqsınız”.

Baş redaktorun avtomobilindən mühüm sənədlər və o cümlədən, bank kartları, həmçinin avtomobildə quraşdırılan 30 azn dəyərində videoreqistrator da oğurlanıb.