Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının binasına hücum olub. AzEuroNews.com xəbər verir ki, bir qrup PKK terror təşkilatının tərəfdarı bina önündə icazəsiz etiraz aksiyası keçirdikdən sonra qəfil binaya daxil olmaq istəyiblər. Polis əngəli ilə qarşılaşan PKK tərəfdarları geri addım atmayaraq binaya və polis əməkdaşlarına daşla hücum etməyə başlayıblar. 

Onlar əllərindəki daşları binanın pəncərələrinə və polislərə atıblar, ətrafdakı zibil qablarını yandırıblar. Polislə baş verən qarşıdurmda 3 polis əməkdaşı yaralanıb, 43 PKK tərəfdarı saxlanılıb. 

Hazırda əraziyə xeyli sayda polis qüvvəsi cəlb olunub.