Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤Almaniyada bir türk toyunda atəş səsləri eşidilib. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinin Oberhauzen əyalətində qeydə alınıb. Bir türk toy kortejində silahdan havaya atəş açılıb. Qonşuların polisə şikayəti ilə kortej polis tərəfindən saxlanılıb. 

Təxminən 30 avtomobildə aparılan yoxlama zamanı iki ədəd silah tapılıb. Silah sahibləri polis tərəfindən saxlanılıb.