AzEuroNews.com / Köln ➤ Xalq artisti, Şöhrət ordenli Afaq Bəşirqızı İctimai Televiziya ilə (İTV) birgə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən layihəyə imza atıb. AzEuroNews.com xəbər verir ki, ssenarisi sənətkarın özünə məxsus “Xocalı laylası” adlı layihə Şəhidlər Xiyabanında lentə alınıb.

Videoçarxın rejissoru İngiltərənin Matrix film kinostudiyasında təhsil almış, təcrübəsini İstanbulda keçmiş və hazırda Azərbaycanda fəaliyyət göstərən Selcan Nəcəfovadır. Operator Samir Musayev.

Layihə bu gün, daima millətçiliyi və vətənə olan sevgini təbliğ edən İTV-nin tamaşaçılarına nümayiş olunub. Burada A.Bəşirqızı tariximizin qanlı, ağır günlərindən birini özündə əks etdirən naməlum şəhid məzarı ilə söhbət edir.