Venesiyanın kommunal şurası qədim italiya şəhərinin tarixi mərkəzinə girişə görə ödənişin tətbiq olunması barədə qərar çıxarıb. Qərar mayın 1-dən qüvvəyə minəcək.

Bu barədə şuranın üzvü Covanni Custo “RİA Novosti”yə açıqlama verib.

Onun sözlərinə görə, ödənişli girişin tətbiqində məqsəd sivil turizmi inkişaf etdirməkdir və bu, hələlik eksperimental xarakter daşıyacaq.

“Bu ölçünün effektivliyi özünü sübuta yetirsə, biz şaxələndirilmiş ödəniş tətbiq edəcəyik”, – deyə D.Custo bildirib.

Bunun hələ dekabr ayından planlaşdırıldığını xatırladaq müşavir yığılan pulların Venesiyanın abadlığına və turistlərin özlərindən sonra qoyduğu tullantıların təmizlənməsinə xərclənəcəyini diqqətə çatdırıb.

Veneto bölgəsinin bütün sakinləri, o cümlədən, venesiyalılar ödənişdən azad olunacaqlar. Bundan başqa, Veneto bölgəsində istirahət edən turistlərə 50 faizlik güzəşt nəzərdə tutulur.