Fərhad Çağtürk / AzEuroNews.com ➤ Ukraynanın Dnepr şəhərində vilayətdə yaşsyan müxtəlif millətlərin iştirakı ilə Xocalı soyqırımı anılıb. A Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovski vilayəti üzrə qurumundanAzEuroNews.com -a verilən məlumata görə, mərasimdə təşkilatçı vilayət üzrə BUAK sədri Nəcəf Əhmədov, vilayətdə azərbaycanlılar Liqasının sədri Sərxoş İsmayılov, vilayət müsəlman icmasının rəhbəri Ramazan Qurbanov, BUAK-ın vilayət üzrə Ali Məclis sədri Süleyman Rəhmanov, diaspor nümayəndəsi Eldar Tağıyev, Müslüm Maqomayev Fondunun rəhbəri Hafiz Aslanov, “Türkiyə-Azərbaycan-Ukrayna” Alyansının nümayəndələri və yerli rəsmilər iştirak ediblər.

Vilayətdəki millətlərin nümayəndələrinin də qatıldığı tədbirdə N. Əhmədov Xocalı soyqırımı ilə bağlı məlumat verib, vidro çarx izlənib və broşürlər paylanıb.