Müğənni Səmra Rəhimli yeni görünüşü ilə izləyicilərini təəccübləndirib.

“AzEuroNews.com” Axşam.az-a istinadən xəbər verir ki, hər zaman buruq saçlarla görünən ifaçı onları düzləşdirib və fərqli makiyaj etdirib. 

Səmranın yeni görünüşü üzərində stilist Anar Ağakişiyev çalışıb. Yeni görünüşdə şəkillərini İnstaqramda yayımlayan ifaçını bir çoxları tanımayıb. 

İzləyicilərin əksəriyyəti Səmraya yeni görünüşün yaraşmadığını, onu daha yaşlı göstərdiyini, əvvəlki halını çox bəyəndiklərini qeyd ediblər. Bəziləri isə Anarın Səmranı yaxşı ki, dəyişdiyini, onu hər zaman eyni görməkdən yorulduqlarını vurğulayıblar.