Ötən gecə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Modern.az xəbər verir ki, finala çıxmaq uğrunda mübarizədə ilk olaraq əzəli rəqiblər “Barselona” və “Real” komandaları qarşılaşıb. Oyun Kataloniya klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Bununla da Ernesto Valverdenin komandası finala vəsiqə əldə edib.

Qeyd edək ki, yarımfinalın digər cavab oyununda bu gün “Valensiya” “Betis”i qəbul edəcək. 
 

“Real” – “Barselona” – 0:3
Qollar:
 Suarez, 50, Varan, 69-avtoqol, Suarez, 73-pen.
İlk oyun – 1:1
Baş hakim: Xose Mariya Sançes Martines
VIDEO