Böyük Britaniyanın Baş naziri Tereza Mey rəhbəri olduğu Mühafizəkarlar Partiyasının daxilində baş verə biləcək kütləvi istefa təhlükəsinin qarşısını almaq üçün yeni “Brexit” müqaviləsini parlamentə təqdim edib.

Baş nazir çıxışı zamanı “Brexit” üçün imzalanan son müqaviləni martın 12-də deputatların səsverməsinə çıxaracağını bildirib.

Əgər parlament müqaviləni təsdiqləməsə, sənəd martın 13-də ölkənin Avropa İttifaqını razılaşmasız tərk etməsi üçün deputatların səsverməsinə təqdim olunacaq.

Qeyd edək ki, 2016-cı ildə keçirilən səsverməyə əsasən bu il mart ayının 29-da Böyük Britaniya Avropa İttifaqını tərk etməlidir.