“Beşiktaş”ın çalışdırıcısı Şenol Günəş Türkiyə millisinin baş məşqçisi təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytında bildirilib. 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu vəzifədə  istefaya göndərilən Mirça Luçeskunu əvəzləyib.

Ş.Günəşin müqaviləsin bu ilin iyunundan qüvvəyə minəcəyi bildirilib.