İŞİD terror qruplaşması darmadağın edilib, amma onun dirçəlişi təhlükəsi qalır.

Modern.az “İzvestiya.ru”ya istinadən xəbər verir ki, belə xəbərdarlıqla Birləşmiş Millətlər Təşkilatının baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib: “Sülh nailiyyəti ilə bağlı məsələ öz miqyası və çətinliyinə görə böyükdür. İŞİD öz yerində məğlub edilib, amma təcrübə göstərir ki, o, yenidən yarana bilər”.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriyada və İraqda bu ölkələrin hakimiyyətlərinin razılığı olmadan İŞİD-ə qarşı mübarizə aparır. Daha əvvəl bildirilib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.