Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  “Möhlət hüququ “Duldung” – sığınacaq istəyi rədd edilmiş şəxslərin Almaniyada yaşamağı üçün verilən müvəqqəti statusdur. Möhlət hüququ olan şəxslər müəyyən şərtlər altında işləmək, bəzən isə peşə təhsili almaq (Ausbildung) hüququ əldə edirlər”. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyada bu statusla yaşayanların 28 faizi uşaqlardır. 

2019-cu ilin yanvar ayına olan məlumata görə möhlət hüququ ilə Almaniyada yaşayanlardan 182 169 nəfərin 51 mini azyaşlıdır. 

Sözügedən statusla Almaniyada yaşayanların böyük çoxluğu artıq uzun müddətdir ki, bu ölkədə məskunlaşıblar. Onlardan 15 400 nəfəri artıq 10 ildən çoxdur ki, Almaniyada yaşayanlardır.