Turinin “Yuventus” klubunun hücumçusu Kriştian Ronaldu İtaliya çempionatının 26-cı turunun matçında“Napoli”yə qarşı oyunda iştirak edə biləcək

“Report” “Calciomercato”ya istinadən xəbər verir ki, futbolçu tibbi müayinəni keçib və ümumi qrupa qayıdıb.

Qeyd edilir ki, ötən turun oyununda, “Bolonya” ilə matç zamanı (1:0) hücumçunun ayağının baldırla pəncənin birləşdiyi hissəsində zədə şübhəsi olub. Lakin tibbi müayinə ilə oyunçunun zədələnmədiyi müəyyən edilib.

Hazırkı mövsümdə portuqaliyalı oyunçu “Yuventus”un 34 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

Ronaldu A seriyasında 19 qol vurub. O, bombardir yarışının lideridir.

Daha əvvəl “Yuventus” klubunun hücumçusubildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq