“Xiamo Redmi Note 7 Pro” smartfonu rəsmi şəkildə təqdim olunub.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yanvarda “Redmi”ni müstəqil brendə çevirən şirkət brendin ilk modeli olan “Redmi Note 7”ni təqdim etmişdi.

İndi isə smartfonun “Pro” versiyası qlobal satışa çıxmağa hazırlaşır.

Adi modeldən fərqli olaraq “Redmi Note 7 Pro” modeli daha yaxşı Snapdragon prosessoru və təkmilləşdirilmiş arxa kamera əldə edib. “Pro” modelində aşağıdakı özəlliklər mövcuddur:

– 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.3 düym 2.5D IPS ekran (ekran üzərində damcı formada çıxıntı hissəli)

– 8 nüvəli “Snapdraagon 675” prosessoru

– Adreno 612 qrafik sürətləndirici

– 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli),

– 48 MP (f/1.79 diafraqmalı Sony IMX586 kamera modulu) + 5 MP ikili arxa kamera

– 13 MP-lik ön kamera

– “Quick Charge 4” sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya

– USB Type-C girişi

– 3.5 mm-lik audiogiriş

– Arxa paneldən barmaq izi skanı texnologiyası

Smartfonun arxa kameralarında olan süni zəka texnologiyası dəstəyindən əlavə olaraq həmin kameralar həmçinin gecə çəkilişi rejimini və 4K keyfiyyətində çəkilişi də dəstəkləyirlər. Bu model “MIUI 10” interfeysli “Android Pie” əməliyyat sistemi vasitəsilə çalışır.

Qeyd edək ki, “Redmi Note 7 Pro”nun qlobal versiyası 13 mart tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 196 dollara, 6 GB RAM və 128 GB daxili yaddaş sahib versiya isə 238 dollara satılacaq.