Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, 2018-2019-cu il üzrə ov mövsümü 2018-ci il mayın 26-da elan olunub.

H.Əlizadənin sözlərinə görə, builki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir. Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.

Departament direktoru 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini də nəzərə çatdırıb.