AzEuroNews.com ➤  Kiyevdə baş tutan “Krım Forumu” çərçivəsində Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ölkənin Birinci Xanımı Marina Poroşenko və ABŞ Dövlət Departamentinin təmsilçisi Kurt Voker ilə görüşüb.

BUAK-dan AzEuroNews.com-a verilən məlumata görə görüş zamanı R. Tağıyev rəhbərlik etdiyi assambleyanın və azərbaycanlıların Ukraynanın ərazi bütövlüyünü daim dəstəklədiklərini bildirib. Marina Poroşenko R. Tağıyevə fəaliyyətlərinə görə təşəkkürünü bildirib, onları daim izləyərək təqdir etdiyini deyib.
Forum zamanı görüşlərdə Ukraynanın AŞPA da nümayəndə heyətinin rəhbəri Georgi Loqvinskiy, deputat Mustafa Cəmil, baş nazirin müavini Vyaçislav Kirilenko, deputat Refat Çubarov, İnformasiya siyasəti nazirinin müavini Əminə Capar, xarici diplomatlar və digərləri iştirak ediblər.