Novruz bayramı ilə əlaqədar olaraq bu gündən Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılır.

Trend-in məlumatına görə, Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

S/sRayonÜnvanSahəsi(kv.m)Qeyd
Binəqədi7-ci mikrorayon, Kunanbayev küçəsi1500
XətaiMəzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi2000
QaradağLökbatan qəsəbəsi, 28 May küçəsi, Olimpiya İdman bazasının qarşısındakı sahə2000
NəsimiMərdanov Qardaşları küçəsi, 59420
NərimanovF.X.Xoyski prospekti, Qələbə meydanı5000
PirallahıPirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti150
SabunçuBakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 721800
SuraxanıQaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi, “Günəş” ticarət mərkəzi900
XəzərMərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2500
YasamalH.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı park600
NizamiC.Naxçıvanski küçəsi, 74, 8-ci km yarmarkası10000
Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağı600
SəbailSeyran Məmmədov küçəsi, 6200
Nizami küçəsi, 154, “Landmark” mehmanxanasının yanı600

Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.