Həbsdə olan bloqqer Mehman Hüseynov azadlığa çıxıb.

“Report”un xəbərinə görə, onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası bu gün başa çatıb. 

Bloqqer saxlandığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. 

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.