“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çap edilməsindən imtina edib.

Bu barədə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevin məlumat verib.

R.Hacıyev bildirib ki, qəzetin çapının dayandırılmasına səbəb “Azərbaycan” Nəşriyyatına olan borcun ödənilməməsidir: “Nəşriyyata olan borcumuzu hissə-hissə ödəyərək qəzetin çapını davam etdirirdik. Amma qəzetin maliyyə direktoru Faiq Əmirlinin həbsindən sonra vəziyyət bir qədər də çətinləşdi. “Azadlıq” qəzetinin bank hesabında pul var, amma həmin hesabdan istifadə edə bilmirik. Çünki bank əməliyyatlarının aparılması üçün Faiq Əmirlinin imzası lazımdır. Ona görə də qəzetin çapı ilə bağlı ödəniş etmək imkanımız yoxdur. Hazırda çalışırıq ki, qəzetin yayımı bərpa olunsun”.