Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤  Alman əhalisinin tərkibində islam dininə etiqad edənlərin sayı artdığca, onların cəmiyyətə təsir imkanları da artmaqda davam edir. Bu dəyişiklik gündəlik ictimai həyat və təhsil sahəsində də müəyyən islahatlar aparılmasını zəruri edir. Belə ki, məktəblərdə və universitetlərdə hicab taxılması ilə bağlı bəzi mübahisələr hələ də davam edir. Bəzi məktəblərdə üzgüçülük dərslərində müsəlmanlar iştirak etmir və ya bunun üçün alternatin yollar axtarılmaqda davam edir. Müsəlmanların sayının artmasına baxmayaraq, məktəblərdə islam dərsləri aparmaq hələ də qadağandır. Bu barədə AzEuroNews.com-a “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib. Məlumata deyilir ki, son vaxtlar müsəlman icmasının nümayəndələri yeni bir təkliflə çıxış edərək müəyyən islahat üçün müraciət ediblər. Təkliflərdə məktəblərdə xristian bayramları (Christmas, Easter və s.) ilə yanaşı islamla bağlı bayramların da qeyd olunmasıyla bağlı fikirlər səsləndirilir. Bu bayramların həftə sonları keçirilməsinin də mümkün olması təkliflərdə qeyd olunur. 

Bəzi islam mütəxəssisləri məktəblərdə yalnız xristian bayramlarının qeyd olunmasını ədalətsizlik hesab edirlər. İslam sahəsində mütəxəssis kimi tanınmış Klaus Spenlen qeyd edir ki, alman təhsil müəssisələri üçün əslində din birləşdirici faktordur. O hesab edir ki, məsələn, Ramazan bayramının məktəblərdə də qeyd olunması çox yaxşı olardı.